Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq

Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq


21-08-2024, 19:21


Azərbaycanda voleybol məşqçiləri (uşaq voleybolu və professional voleybol) üçün seminarlar təşkil olunacaq.

BrendSport.az
xəbər verir ki, seminarlar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı (DNSS) proqrmanı çərçivəsində baş tutacaq.

Seminarları FIVB-nin təlimatçı-eksperti Athanasios Papageorgiou və məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme keçəcəklər. Ümumilikdə dörd seminar təşkil olunacaq ki, bunlardan üçü Bakıda, biri isə Gəncədə baş tutacaq.

Proqram

29.08.2024

Aşağı yaş qrupları üzrə məşqçilər (Gəncə)

31.08.2024

Aşağı yaş qrupları üzrə məşqçilər (Bakı)

01.09.2024

Yüksək liqa komandalarının məşqçiləri (Bakı)

02.09.2024

Çimərlik voleybolu məşqçiləri (Bakı)

Qeyd edək ki, seminarlarda aşağı yaş qrupu üzrə məşqçi-müəllimlər, çimərlik voleybol üzrə məşqçilər və Yüksək liqa komandalarında çalışan məşqçilər iştirak edə biləcəklər.
Geri qayıt