Əsas Səhifə > Ölkə idmanı > "Qəbələ"nin I Liqanın ilk turundakı rəqibi müəyyənləşib

"Qəbələ"nin I Liqanın ilk turundakı rəqibi müəyyənləşib


13-08-2024, 16:14


Azərbaycan I Liqasında 2024/2025 mövsümünün püşkü atılıb.

BrendSport.az
xəbər verir ki, I turda qarşılaşacaq komandalar AFFA-nın inzibati binasında baş tutan tədbirdən sonra bəlli olub.

Ötən il olduğu kimi cari mövsüm aşağı dəstədə 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq. Mövsüm sentyabrın 11-i başlayacaq.

I tur
“Difai Ağsu” – “Cəbrayıl”
“İmişli” – “Baku Sportinq”
MOİK – “Mingəçevir”
“Karvan” - “Qaradağ Lökbatan”
“Qəbələ” – “Zaqatala”
Geri qayıt