Əsas Səhifə > Ölkə idmanı > "Sabah" heyətini braziliyalı futbolçu ilə gücləndirib

"Sabah" heyətini braziliyalı futbolçu ilə gücləndirib


10-08-2024, 16:22


"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

BrendSport.az
xəbər verir ki, braziliyalı İqor Noqeyra ilə 2 illik müqavilə bağlanıb.

29 yaşlı mərkəz müdafiəçisi Portuqaliyanın "Şaveş" klubundan transfer edilib.

Braziliyanın "Fluminense" klubunun yetirməsi olan 29 yaşlı futbolçu karyerası ərzində bu klubla yanaşı, Belçikanın "Gent" (2014-2015), Braziliyanın "Fiqeyrense" (2018), CRB (2019), "Yuventude" (2022), Portuqaliyanın "Jil Visente" (2019-2021), "Santa Klara" (2023), "Şaveş" (2023/2024) və Meksikanın "Mazatlan" (2021-2022) klublarında çıxış edib.

Noqeyra "Sabah"da 14 nömrəli formanı geyinəcək.
Geri qayıt