Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Voleybol Federasiyası məşqçilər üçün kurslar təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası məşqçilər üçün kurslar təşkil edəcək


8-08-2024, 12:24


Azərbaycan Voleybol Federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir.

BrendSport.az
xəbər verir ki, AVF bu dəfə mütəxəssislər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.

İlk kurs 9-12 avqust aralığında Qəbələ şəhərində baş tutacaq. Burada Oğuz Rayon Voleybol Klubunun tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər olacaq. Sonda imtahanda uğur əldə edən mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.

Dərslər FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme tərəfindən keçiriləcək.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda işləyə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
Geri qayıt