Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın parataekvondo millisi Qubada təlim-məşq toplanışı keçəcək
Azərbaycanın parataekvondo millisi Qubada təlim-məşq toplanışı keçəcək5-08-2024, 12:00 |
Azərbaycanın parataekvondo millisi avqustun 5-dən 18-dək Qubada təlim-məşq toplanışı keçəcək. BrendSport.az xəbər verir ki, Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədilə təşkil olunan hazırlıq prosesinə 9 idmançı cəlb edilib. Qeyd edək ki, Paris Paralimpiadasında 3 parataekvondoçumuz - Əbülfəz Abuzərli (80 kq), İmaməddin Xəlilov (70 kq) və Sabir Zeynalov (58 kq) bacarıqlarını göstərəcəklər. Geri qayıt |