Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib2-08-2024, 11:43 |
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün təqvimində dəyişiklik olub. BrendSport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. I turun "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib. Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib. Bu, Bakı klubunun UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə edilib. "Bayquşlar" bu raundda "Sent-Patriks Atletik" (İrlandiya) ilə üz-üzə gələcək. Qeyd edək ki, avqustun 4-də keçiriləcək I turun "Sabah" - "Şamaxı" görüşü saat 17:30-da başlayacaq. Geri qayıt |