Əsas Səhifə > Ölkə idmanı > İlqar Qurbanov: Fernandu Santuşla görüşdük, planları müzakirə etdik

İlqar Qurbanov: Fernandu Santuşla görüşdük, planları müzakirə etdik


31-07-2024, 13:52


Dünən millimizin baş məşqçisi Fernandu Santuşla görüşümüz oldu. Onunla gələcək planları, iş prinsiplərini müzakirə etdik.

BrendSport.az
xəbər verir ki, bunu futbol üzrə Azərbaycanın əsas millisinin direktoru təyin olunan İlqar Qurbanov deyib.

"Mənə bu etimadı göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Milli komandada işləmək hər kəs üçün şərəfdir. Azərbaycan milli komandası mənim üçün yad bir yer deyil. Bir neçə il milli komandanın formasını geyinmişəm. Son illərdə isə milli komandaların skautu kimi fəaliyyət göstərirdim. Bir sözlə, komandanın içində idim. Mənim işim baş məşqçi ilə sıx kontakt şəraitində olacaq. Ümid edirəm ki, bu əməkdaşlıq hər birimiz üçün uğurlu olacaq", - deyə keçmiş futbolçu vurğulayıb.

Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.
Geri qayıt