Əsas Səhifə > Ölkə idmanı > “Sabah” amerikalı basketbolçu ilə güclənib

“Sabah” amerikalı basketbolçu ilə güclənib


25-07-2024, 15:40


Transfer çalışmalarını davam etdirən “Sabah” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

BrendSport.az
xəbər verir ki, son çempion komanda amerikalı basketbolçu DeAndre Uilyamsı transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.

27 yaşlı amerikalı basketbolçu T1 liqasında mübarizə aparan “Taivan Beer Leopards” klubunda çıxış edib.

DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memfis Tiqers” forması geyinib.
Geri qayıt