Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb

“Neftçi” Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb


16-07-2024, 12:54


“Neftçi” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

BrendSport.az
xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Təcrübəli forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Türkiyənin "Kocaelispor" klubundan transfer edilən R.Şeydayev Azərbaycanda "Sabah" və "Qarabağ"ın da formasını geyinib.
Geri qayıt