Əsas Səhifə > Ölkə idmanı > “Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb

“Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb


15-07-2024, 14:20


“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

BrendSport.az
xəbər verir ki, son ölkə çempionu serbiyalı futzalçı Lazar Milosavlyeviç ilə anlaşıb. 26 yaşlı oyunçu ötən mövsüm Xorvatiyanın “Tsrnitsa” komandasında çıxış edib.

Futzalçı “Araz-Naxçıvan” və baş məşqçi Vitali Borisov üçün yad sima deyil. Belə ki, o, ötən il UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunları zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. “İstanbul Şişli” ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

Qeyd edək ki, daha əvvəl braziliyalı Kadinyonu transfer edən, Amadeu və Lukas Romao ilə yeni müqavilə imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.
Geri qayıt