Əsas Səhifə > Ölkə idmanı > Məmmədyarov uduzdu, digər iki şahmatçımız sülh bağladı

Məmmədyarov uduzdu, digər iki şahmatçımız sülh bağladı


20-04-2018, 17:57


Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Bu gün II turun görüşləri baş tutub.

BrendSport.az saytı xəbər verir ki, Azərbaycanlı şahmat azarkeşləri üçün ən maraq doğuran məqam iki qrossmeysterimizin bir-biri ilə qarşılaşması olub. Belə ki, Teymur Rəcəbovla Rauf Məmmədov qarşı-qarşıya gəlib. Rəcəbov ağ, Məmmədov isə qara fiqurlarla çıxış edib. Qrossmeysterlərimiz heç-heçə razılaşıblar.

İlk turda dünya çempionu Maqnus Karlsenlə bərabərə qalan Şəhriyar Məmmədyarov bu dəfə Radoslav Voytaşeklə görüşüb. Təəssüf ki, qara fiqurlarla mübarizə aparan şahmatçımız polşalıya məğlub olub.

“Shamkir Chess 2018”

II tur

20 aprel


Sergey Karyakin (Rusiya, 2778) - Dinq Liren (Çin, 2778) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Rauf Məmmədov (Azərbaycan, 2704) - 0,5:0,5

Radoslav Voytaşek (Polşa, 2744) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - 1:0

Maqnus Karlsen (Norveç, 2843) - David Navara (Çexiya, 2745)

Veselin Topalov (Bolqarıstan, 2749) - Aniş Giri (Hollandiya, 2777)



Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.
Geri qayıt