Əsas Səhifə > Ölkə idmanı > NBA-da oynamış basketbolçu “Sabah”a keçib

NBA-da oynamış basketbolçu “Sabah”a keçib


4-07-2024, 14:00


“Sabah” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

BrendSport.az
xəbər verir ki, ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “tələbələr” amerikalı Hassani Qravetti transfer edib. Onunla iki illik müqavilə imzalanıb.

Hassani Qravett peşəkar karyerası ərzində 2021-2022-ci illər mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb.

O, son mövsümü Polşanın “Slask” klubunda keçirib.
Geri qayıt