Əsas Səhifə > Ölkə idmanı > “Sabah”ın 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə keçirilən turnirin qalibi olub
“Sabah”ın 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə keçirilən turnirin qalibi olub28-06-2024, 22:17 |
“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib. BrendSport.az xəbər verir ki, Türkiyənin Rize şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, “Nömme United”i (Estoniya) 3:0 və “Dinamo”nu (Gürcüstan, Batumi) 4:0 hesabıyla məğlub edən Bakı klubu çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group) vəsiqə qazanıb. “Gold group”da Türkiyənin “Çaykur Rizespor” komandasını 3:0, Estoniyanın “Nömme United”ini 2:0 hesabıyla üstələyən “Sabah”, yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri birinci pillədə, çempion kimi başa vurub. “Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər. Geri qayıt |