Əsas Səhifə > Ölkə idmanı > Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib


28-06-2024, 14:53


Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların adları dəqiqləşib.

BrendSport.az
xəbər verir ki, yarışda Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, “Düsseldorf Zoos” (Almaniya), “Çexiya” və “Baku Fleyms” (Azərbaycan) klubları mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının Quba mərhələsi iyulun 20-21-də baş tutacaq.
Geri qayıt