Əsas Səhifə > Ölkə idmanı > Şuşada beynəlxalq gənclər forumu keçirilir

Şuşada beynəlxalq gənclər forumu keçirilir


25-06-2024, 12:10


Şuşa şəhərində "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.

BrendSport.az
xəbər verir ki, hazırda tədbirin açılış mərasimi keçirilir. Ardınca yüksək səviyyəli panel müzakirələr olacaq.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksəkvəzifəli şəxsləri, qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, forum 26-27 iyunda Bakı şəhərində davam edəcək. Paytaxtda gənclərin iştirakı ilə panel müzakirələr, təqdimatlar keçiriləcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.

Bu tədbir Azərbaycanın müxtəlif regionlarla xoş məqsədli əlaqələrinin genişləməsində gənclərin iştirakının artmasına töhfə verəcək.
Geri qayıt