Əsas Səhifə > Ölkə idmanı > “Sabah” klubu sabiq futbolçusunu transfer edib

“Sabah” klubu sabiq futbolçusunu transfer edib


25-06-2024, 11:50


Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

BrendSport.az
xəbər verir ki, almaniyalı hücumameyilli yarımmüdafiəçi Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.

Mikels daha öncə - 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışıb, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı təmsilçisinə azad agent kimi qoşulub.

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Coy-Lens Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur.
Geri qayıt