Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ” klubu serbiyalı məşqçi ilə müqavilə imzalayıb

“Qəbələ” klubu serbiyalı məşqçi ilə müqavilə imzalayıb


21-06-2024, 17:36


“Qəbələ” komandasının məşqçilər korpusunda dəyişiklik edilib.

BrendSport.az
xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandada fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

M.Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də K.Sxadadze ilə birlikdə işləmiş mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.
Geri qayıt