Əsas Səhifə > Ölkə idmanı > AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb

AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb


20-06-2024, 12:55


Ötən mövsüm “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş Xaqani Məmmədov cəzalandırılıb.

BrendSport.az
xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.

“Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə mütəxəssisə 2 il şərti cəza verilib.

Sınaq müddəti 24 ay təyin olunub.
Geri qayıt