Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb


15-06-2024, 21:00


“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə vidalaşıb.

BrendSport.az
xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin yayından komandada çıxış edən legioner “qırmızı-qara” formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.
Geri qayıt