Əsas Səhifə > Ölkə idmanı > Ayxan Abbasovun “Şamaxı” klubundakı köməkçiləri bəlli olub

Ayxan Abbasovun “Şamaxı” klubundakı köməkçiləri bəlli olub


14-06-2024, 15:30


Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” komandasının yeni baş məşqçisi Ayxan Abbasovun köməkçiləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, 43 yaşlı mütəxəssisə Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayev, Vüsal Qarayev və qapıçı hazırlığı üzrə məşqçi Kamil Qafarov kömək edəcəklər.

Qeyd edək ki, “Şamaxı” ötən gün Ayxan Abbasovla 1 illik müqavilə bağlayıb.
Geri qayıt