Əsas Səhifə > Ölkə idmanı > AFFA “Neftçi”nin sabiq futbolçusunun şikayətini təmin etməyib

AFFA “Neftçi”nin sabiq futbolçusunun şikayətini təmin etməyib


14-06-2024, 16:34


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “İrəvan” klubunun sabiq futbolçusu Fəhmin Muradbəyli və “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləmiş Rüfət Həsənovun şikayətini təmin etməyib.

BrendSport.az
xəbər verir ki, danışılmış oyunlarda iştiraklarına görə təqsirli bilinərək ömürlük futboldan uzaqlaşdırılan hər iki şəxslə bağlı qərar dəyişdirilməyib.

Bildirilib ki, maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.

Qeyd edək ki, Fəhmin Muradbəyli karyerası ərzində “Neftçi”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) komandalarında çıxış edib.
Geri qayıt