Əsas Səhifə > Ölkə idmanı > Tovuz şəhər stadionunda beynəlxalq oyunların keçirilməsinə icazə verilib

Tovuz şəhər stadionunda beynəlxalq oyunların keçirilməsinə icazə verilib


12-06-2024, 16:29



“Turan Tovuz” klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

BrendSport.az
xəbər verir ki, bu keyfiyyət nişanı arenada beynəlxalq oyunların təşkil olunmasına imkan verir.

Qeyd edək ki, “Turan Tovuz” ötən mövsüm Azərbaycan Premyer Liqasını 6-cı pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.



Geri qayıt