Əsas Səhifə > Ölkə idmanı > “Araz-Naxçıvan” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Araz-Naxçıvan” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib


5-06-2024, 15:30


Növbəti mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində işləri davam etdirən “Araz-Naxçıvan” Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

BrendSport.az
xəbər verir ki, Bosniya və herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

O, ötən mövsüm də bu komandanın heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nunu Rodriges, İqor Ribeyru, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.
Geri qayıt