Əsas Səhifə > Ölkə idmanı > Bakıda beynəlxalq üzgüçülük yarışı keçiriləcək

Bakıda beynəlxalq üzgüçülük yarışı keçiriləcək


30-05-2024, 18:40


İyunun 2-3-də Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi keçiriləcək.

BrendSport.az
xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunacaq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikalarının komandaları 15 yaş kateqoriyasında yarışacaqlar. Arenaya giriş sərbəst olacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan yarışlar iyunun 2-3-də keçiriləcək.
Geri qayıt