Əsas Səhifə > Ölkə idmanı > “Araz-Naxçıvan” yeni qapıçı transfer edib

“Araz-Naxçıvan” yeni qapıçı transfer edib


30-05-2024, 14:00


“Araz-Naxçıvan” komandası növbəti transferini reallaşdırıb.

BrendSport.az
xəbər verir ki, Naxçıvan təmsilçisi Tərlan Əhmədli ilə müqavilə imzalayıb. 1 illik sözləşməyə imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər bu komandada çıxış edəcək.

Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən gün Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.
Geri qayıt