Əsas Səhifə > Ölkə idmanı > Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib

Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib


29-05-2024, 23:00


Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında "Neftçi" və "Azstars" kollektivləri qarşılaşıb.

93:29 hesabı ilə qələbə qazanan birincilər yarışın qalibi adını qazanıb.

Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, final görüşünün ən yaxşı qadın basketbolçusu "Neftçi"nin üzvü Angelina İsmayılova seçilib.
Geri qayıt