Əsas Səhifə > Ölkə idmanı > “Səbail” klubu Şahin Diniyevlə müqaviləni yeniləyib

“Səbail” klubu Şahin Diniyevlə müqaviləni yeniləyib


29-05-2024, 17:45


“Səbail” klubu baş məşqçisi Şahin Diniyevlə bağlı qərarını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb.

Klubun Müşahidə Şurasının qərarına əsasən, çalışdırıcı ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, “Səbail” 2023-2024-cü illər mövsümündə Şahin Diniyevin rəhbərliyi altında Premyer Liqada 7-ci pilləni tutub.
Geri qayıt