Əsas Səhifə > Ölkə idmanı > Minifutbol yığmasının kapitanı: Çempionluq titulunu qorumaq istəyirik

Minifutbol yığmasının kapitanı: Çempionluq titulunu qorumaq istəyirik


27-05-2024, 15:30


"Hazırlığımız yüksək səviyyədə davam edir. Bütün tapşırıqları yerinə yetiririk".

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin kapitanı Seymur Məmmədov Avropa çempionatına hazırlıq barədə jurnalistlərə açıqlamasında deyib.

O, yenidən Avropa çempionu olmaq istədiklərini bildirib: "Bütün fikrimizi birinci yeri tutmağa kökləmişik. Titulu qorumaq istəyirik".

Son Avropa çempionatında tarixi qolun müəllifi olmuş S. Məmmədov Rumıniya seçməsinin qapısından keçirdiyi topu yaxşı xatırladığını vurğulayıb: “Amma mənim qol vurmağım vacib deyil. Əsas odur ki, sonda komandam qalib gəlsin".

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq. Azərbaycan millisi İtaliya, Fransa və Belçika ilə birgə F qrupunda mübarizə aparacaq.
Geri qayıt