Əsas Səhifə > Ölkə idmanı > Mövsümün son turu azarkeş rekordu ilə yadda qalıb

Mövsümün son turu azarkeş rekordu ilə yadda qalıb


27-05-2024, 16:14


Azərbaycan Premyer Liqasında XXXVI turun oyunlarını 24 min 300 tamaşaçı izləyib.

BrendSport.az
xəbər verir ki, bu, mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13 min 800 izləyici.

Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 azarkeş olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.

XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.
Geri qayıt