Əsas Səhifə > Ölkə idmanı > "Neftçi" baş məşqçisi ilə yollarını ayırıb

"Neftçi" baş məşqçisi ilə yollarını ayırıb


26-05-2024, 12:19


"Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Monteneqrodan olan mütəxəssisin müqaviləsinin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Miodraq Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub (0:4,0:1), Premyer Liqada isə beşinci yeri tutub.
Geri qayıt