Əsas Səhifə > Ölkə idmanı > "Sumqayıt" - "Qəbələ" matçında mövsümün rekordu təkrarlanıb

"Sumqayıt" - "Qəbələ" matçında mövsümün rekordu təkrarlanıb


26-05-2024, 09:30


Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.

BrendSport.az
xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib.

Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub.

Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
Geri qayıt