Əsas Səhifə > Ölkə idmanı > Qəbələdə keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşib

Qəbələdə keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşib


25-05-2024, 16:29


İyunun 2-3-də basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Qəbələ mərhələsi keçiriləcək.

BrendSport.az
xəbər verir ki, yarışda, Azərbaycan, Polşa, İtaliya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, "Barselona Panters" (İspaniya),"Varşava Lotto"(Polşa) və ölkəmizi təmsil edəcək yeni yaranmış "Baku Flames" klubları da iştirak edəcək.

Qeyd edək ki, bu, Qadın Seriyasının builki 3-cü mərhələsidir.
Geri qayıt