Əsas Səhifə > Ölkə idmanı > Növbəti mövsüm Premyer Liqada komanda sayı artırılmayacaq

Növbəti mövsüm Premyer Liqada komanda sayı artırılmayacaq


13-05-2024, 19:51


AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, 15:00-da baş tutan və 4 saat davam edən konfransda müəyyən qərarlar qəbul edilib.

AFFA-nın prezidenti Rövşən Nəcəf jurnalistlərə açıqlamasında növbəti mövsüm də Premyer Liqada 10 komandanın mübarizə aparacağını söyləyib.

Bir digər qərar isə legioner limiti ilə bağlı olub. İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov bildirib ki, Premyer Liqada 7+4 limiti saxlanılıb. 2025-2026-cı illər mövsümündə isə 8+3 sistemi tətbiq ediləcək.
Geri qayıt