Əsas Səhifə > Ölkə idmanı > Tunisdən daha bir medal

Tunisdən daha bir medal


10-04-2018, 23:10


9 aprel tarixində Tunisdə başlayan gənclər arasında dünya birinciliyin ikinci yarış günü millimizin üzvü gümüş medal qazandı.

Hammamet şəhərində keçirilən dünya birinciliyinə qatılan gənc milli komandamızın üzvü Xanoğlan Kərimov qarşılaşdığı Almaniya, Livan, Argentina, Türkiyə təmsilçilərinə qalib gələrək yarımfinala adlayıb.

BrendSport.az saytı ATF-na istinadən xəbər verir ki, finala vəsiqə uğrunda mübarizədə də Çin Taypeyli taekvondoçunu məğlub edən Xanoğlan həlledici qarşılaşmada İranlı rəqibinə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Alxas Məmmədov



Geri qayıt