Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında mükafatlandırma mərasiminin yeri və vaxtı bəlli olub

Azərbaycan Premyer Liqasında mükafatlandırma mərasiminin yeri və vaxtı bəlli olub


13-05-2024, 14:30


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün mükafatlandırma mərasiminin yeri və vaxtı bəlli olub.

BrendSport.az
xəbər verir ki, mükafatlar ölkə çempionatının sonuncu - XXXVI turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyunundan sonra təqdim ediləcək.

Hətta buna görə mayın 26-da "Liv Bona Dea Arena"da oynanılmalı olan matçın məkanı da dəyişdirilib. Qarşılaşma Ağdam klubuna məxsus "Azersun Arena"da keçiriləcək və mərasim də məhz həmin stadionda təşkil olunacaq.

Çempionluğu öncədən təmin etmiş "Qarabağ"a qızıl medallar veriləcək.
Geri qayıt