Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb6-05-2024, 19:00 |
“Cəlilabad” komandası daha iki əcnəbi basketbolçu ilə yollarını ayırıb. BrendSport.az xəbər verir ki, bölgə təmsilçisi gürcüstanlı Levan Qoqaladze və ABŞ-dan olan Raşon Consonla vidalaşıb. “Cəlilabad” daha əvvəl amerikalı Camani Pirs və Kobi Tomasla başa çatan müqavilənin müddətini uzatmayıb. Qeyd edək ki, “Cəlilabad” müntəzəm mövsümü 23 xalla səkkizinci pillədə bitirib və pley-offa vəsiqə qazana bilməyib. Geri qayıt |