Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır
Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır27-04-2024, 12:50 |
“Şəki” komandası iki basketbolçusu ilə yollarını ayıracaq. BrendSport.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dan olan oyunçular – Simeus Vebster və Vanya Kinqlə vidalaşacaq. Müqavilələri başa çatan hər iki basketbolçu aprelin 28-də “NTD-İndiqo” ilə keçiriləcək görüşdən sonra komandanı tərk edəcək. Qeyd edək ki, müntəzəm mövsümdə keçirdiyi 17 matçda cəmi 1 qələbə qazanan “Şəki” hazırda 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb. Geri qayıt |