Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqası: "Sabah" müntəzəm mövsümü birinci pillədə başa vurub
Azərbaycan Basketbol Liqası: "Sabah" müntəzəm mövsümü birinci pillədə başa vurub24-04-2024, 21:30 |
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib. BrendSport.az xəbər verir ki, günün yeganə matçında "Sabah" və "Xəzri" komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma "Sabah"ın qələbəsi ilə bitib - 77:65. Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Sabah" müntəzəm mövsümü birinci pillədə başa vuracaq. "Xəzri" hələlik 31 xalla ikincidir. Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək. Geri qayıt |