Əsas Səhifə > Ölkə idmanı > Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib


24-04-2024, 19:55


Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, yarımfinalın ilk cavab görüşündə "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:0. 59-cu dəqiqədə Vladislav Kulaç hesabı açıb. 84-cü dəqiqədə Rafael Utziq ikinci topu meydan sahiblərinin qapısından keçirib.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən "Zirə" finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab qarşılaşmasında "Qarabağ" "Neftçi"ni sınağa çəkəcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk dueldə Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.
Geri qayıt