Əsas Səhifə > Ölkə idmanı > Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib


24-04-2024, 15:11


1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.

BrendSport.az
xəbər verir ki, bu barədə "Araz-Naxçıvan"ın mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib, futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıvan Futbol Federasiyasında baş katib vəzifəsində çalışıb.
Geri qayıt