Əsas Səhifə > Ölkə idmanı > "Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib


18-04-2024, 21:05


Bu gün qadın voleybolçuların Yüksək Liqasında ikinci finalçı məlum olub.

BrendSport.az
xəbər verir ki, yarımfinalın sonuncu görüşündə "Murov Az Terminal" və "Abşeron" üz-üzə gəlib. Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cütün ilk matçında ikincilər eyni hesabla qalib gəldiyi üçün "qızıl set" oynanılıb. Burada rəqibini 15:11 hesabı ilə üstələyən nominal qonaqlar finala vəsiqə qazanıblar.

Qeyd edək ki, "Abşeron" finalda "Gəncə"ni mübarizədən kənarlaşdıran "Azərreyl"lə qarşılaşacaq.
Geri qayıt