Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb


16-04-2024, 14:30


Futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli məlum olub.

BrendSport.az
xəbər verir ki, XXXIII və XXXIV turun görüşlərinin yeri və vaxtı dəqiqləşib.

Oyunlar müvafiq olaraq, mayın 4-6-da və 10-12-də təşkil olunacaq. XXXIII turun mərkəzi qarşılaşması olan “Qarabağ” - “Neftçi” matçı mayın 4-ü, saat 19:30-da start Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XXXIII tur

4 may (şənbə)

16:30. “Kəpəz” – “Sumqayıt”

Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika Stadionu

5 may (bazar)

16:30. “Turan Tovuz” – “Zirə”

Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan” – “Sabah”

“Liv Bona Dea Arena”

6 may (bazar ertəsi)

19:00. “Səbail” – “Qəbələ”

“ASCO Arena”

XXXIV tur

10 may (cümə)

19:00. “Neftçi” – “Kəpəz”

“Neftçi Arena”

11 may (şənbə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

“Liv Bona Dea Arena”

19:30. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksi stadionu

12 may (bazar)

17:00. “Qəbələ” – “Sabah”

Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Səbail”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Geri qayıt