Əsas Səhifə > Ölkə idmanı > Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib


16-04-2024, 17:05


Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, günün yeganə qarşılaşmasında “Murov Az Terminal” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 3:0 (27:25, 25:19, 25:18) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunlarına aprelin 17-si start veriləcək.
Geri qayıt