Əsas Səhifə > Ölkə idmanı > “Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib15-04-2024, 16:10 |
“Kəpəz”in forvardı Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. BrendSport.az xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXX turuna təsadüf edib. 31 yaşlı hücumçu “Səbail”lə səfər matçında (3:3) şans qazanıb. Amil 200 oyunda 52 qola imza atıb. Onun debütü 2010-2011-ci illər mövsümündə “Qəbələ”nin heyətində gerçəkləşib. Yunanov ilk klubunda 7 (1 qol), “Sumqayıt”da 91 (28 qol), “Şamaxı”da 61 (14 qol), “Səbail”də 29 (6 qol), “Kəpəz”də 12 (3 qol) oyun keçirib. Geri qayıt |