Əsas Səhifə > Ölkə idmanı > “Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar
“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar15-04-2024, 16:30 |
Azərbaycan Premyer Liqasının XXX turunda üz-üzə gələn “Sumqayıt”la “Zirə” mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar. BrendSport.az xəbər verir ki, bu komandaların bir görüşündə isə Bakı klubu minimal hesabla qalib gəlib. Rəqiblərin 4 duelində yalnız 1 qol vurulub. Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – 2012-2013-cü illər mövsümündə “Qarabağ”la “Simurq”un 4 matçında 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb. “Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdir. Mütləq rekord isə 2009-2010-cu illər mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran”ın 4 matçı da qolsuz başa çatıb. Geri qayıt |