Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Araz-Naxçıvan” “Neftçi”yə, “Turan Tovuz” “Qəbələ”yə qarşı

Premyer Liqa: “Araz-Naxçıvan” “Neftçi”yə, “Turan Tovuz” “Qəbələ”yə qarşı


13-04-2024, 13:20


Bu gün Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunları keçiriləcək.

BrendSport.az
xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 16:30-da start götürəcək.

Günün digər matçında “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Neftçi Arena”da reallaşacaq matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” və “Zirə” komandaları qolsuz heç-heçə edib.

Tura aprelin 14-də “Səbail” – “Kəpəz”, “Sabah” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.
Geri qayıt