Əsas Səhifə > Ölkə idmanı > AFFA üç klubu cərimələyib

AFFA üç klubu cərimələyib


9-04-2024, 14:35


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ” – “Səbail” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə “dənizçilər” 700 manat cərimə edilib.

“Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat ziyana düşüb. Eləcə də qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat cərimələnib.
Geri qayıt