Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: “Qarabağ” ilk oyunda “Neftçi”yə qalib gəlib
Azərbaycan Kuboku: “Qarabağ” ilk oyunda “Neftçi”yə qalib gəlib2-04-2024, 22:00 |
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. BrendSport.az xəbər verir ki, günün yeganə oyununda "Neftçi" - "Qarabağ" komandaları üz-üzə gəliblər. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qəsəbəsi ilə yekunlaşıb. Matçda hesabı 14-cü dəqiqədə penaltidən Toral Bayramov açıb. O, 29-cu dəqiqədə dublunu rəsmiləşdirib. 37-ci dəqiqədə Marko Yankoviç üçüncü qolu meydan sahiblərinin qapısından keçirib. Matçın yekun nəticəsini 86-cı dəqiqədə Nəriman Axunzadə müəyyənləşdirib. Komandaların arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 3-də "Zirə" və "Qəbələ" arasında keçiriləcək. Geri qayıt |