Əsas Səhifə > Ölkə idmanı > Beş yeni klub birinci divizionda oynamaq istəyir - PFL-dən açıqlama

Beş yeni klub birinci divizionda oynamaq istəyir - PFL-dən açıqlama


31-08-2017, 13:10
Beş yeni klub birinci divizionda oynamaq istəyir - PFL-dən açıqlama

Beş yeni klub birinci divizionda oynamaq istəyir - PFL-dən açıqlama
2017/2018 mövsümündə Azərbaycan I divizionunda çıxış etmək üçün Peşəkar Futbol Liqasına (PFL) beş yeni klub müraciət edib.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə qurumun Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

O bildirib ki, “Binə”, “Göyçə”, “Vətən” və “Karvan”la yanaşı, daha bir klub aşağı dəstədə mübarizə aparmaq niyyətindədir. Bu, paytaxtı təmsil edəcək “Xəzər” komandasıdır: “Hazırda müraciətlərə baxılır. Yekun qərarı sentybarın 6-da AFFA və PFL-in birgə təşkil edəcəyi komissiya verəcək”.

Qeyd edək ki, “Karvan” klubu əvvələr Azərbaycan Premyer Liqasında və I divizionda çıxış edib. Ötən mövsüm yarışda iştirak edən “Şəmkir”, “Rəvan” və “Şərurspor” növbəti çempionatda yer almayacaqlar.
Geri qayıt