Əsas Səhifə > Ölkə idmanı > “XİLƏ” Futbol Klubu fəaliyyətə başladı -

“XİLƏ” Futbol Klubu fəaliyyətə başladı -


31-03-2018, 20:25


Xəbər verdiyimiz kimi, yeni yaradılmış “XİLƏ” Futbol Klubu artıq fəaliyyətə başlayıb.

BrendSport.az saytı xəbər verir ki, 2004-2005-ci il təvəllüdlü istedadlı gənc və yeniyetmələri heyətinə cəlb edən klub iddialı komandalar arasında özünə yer tutmağı qarşısına məqsəd qoyub.

Belə ki, təcrübəli məşqçilərdən Vladislav Ledyayev və Əli Məmmədov, eləcə də qapıçılar üzrə məşqçi Hikmət Hüseynzadənin rəhbərliyi ilə seleksiya işlərinə start verir.

Qeyd edək ki, məşqlər 1 aprel 2018-ci il tarixdən etibarən hər gün saat 17.00-da Şağan Olimpiya Kompleksində keçiriləcək.
Geri qayıt